İdman 09:46 30.07.2018

Türkiyə klubu Azərbaycan millisinin üzvü ilə müqavilə bağladı

Millimizin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, milliləşdirilmiş futbolçu Tükiyənin I liqasında çıxış edən "Boluspor”la müqavilə bağlayıb. Bu barədə Bolu təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ötən mövsüm "Samsunspor”da forma geyinən Ufuk Budak karyerası ərzində Almaniyanın "SSV Ulm 1846", "Frayburq" (II komanda), Türkiyənin "Əskişəhərspor", "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” klublarında çıxış edib.