İdman 14:20 12.08.2013

Türkiyə klubu “Qarabağ”ın futbolçusunu istəyir

Azərbaycanlı futbolçu Ramal Hüseynovla yolları ayıran Türkiyənin birinci liqa təmsilçisi "Bucaspor" klubu indi də ölkəmizin Premyer Liqa klubunun futbolçusunu transfer etmək istəyir.

Qol.Az-ın Türkiyə mətubatına istinadən verdiyi məlumata görə, Ramalla yanaşı bir neçə oyunçunun komandada getməsindən sonra klub yeni heyət qurmağa çalışır.

Komandanın baş məşqçisi Kemal Kılıç isə istədiyi üç transferin baş tutmayacağı təqdirdə istefa vərcəyini bildirib.

Türk çalışdırıcının heyətdə görmək istədiyi futbolçulardan biri "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremdir. Kılıç rəhbərliyə göndərdiyi siyahıda makedoniyalı futbolçunun transferi üçün də danışıqlara başlanılmasını tələb edib.

Qaynar.info