İdman 11:42 15.11.2019

Türkiyə millisi 58 milyon qazandı

Türkiyə milli fotbol komandası "AVRO-2020"yə vəsiqə qazanaraq ciddi gəlir əldə edib.

Qaynarinfo xəbər verir ki, Avropa çempionatına vəsiqəsini İslandiya ilə 0:0 hesablı heç-heçə ilə əldə edən "ay-ulduzlular" 9.2 milyon avro (58.39 milyon TL) iştirak haqqı əldə edib.

UEFA "AVRO-2020"də hər qələbəyə 1,5 milyon, heç-heçəyə 750 min avro verəcək. Qrupdan çıxan komandalar 2 milyon alacaq, yarımfinala vəsiqə qazananlar 5.5 milyon avroluq mükafata layiq görüləcəklər.

Finaldçı 10, qalib 34 milyon avro əldə edəcək.

Bütün qarşılaşmalarda qalib gələrək çempion olan komanda ümumilikdə 55.2 milyon avro mükafat qazanacaq.

Beləliklə, "AVRO-2020"nin pul mükafatları:

İştirak haqqı - 9.25 milyon avro
Qələbə - 1.5 milyon avro
Heç-heçə - 750 min avro
1/8 final - 2 milyon avro
1/4 final - 4 milyon avro
Yarımfinal - 5.5 milyon avro
Final - 10 milyon avro
Çempionluq - 34 milyon avro

Alpər