İdman 11:11 15.11.2019

Türkiyə millisinin AVRO-2020-də mümkün rəqibləri kimdir?

Türkiyə Milli Futbol komandası İslandiya ilə 0-0 hesablı heç-heçədən sonra Avro 2020-nin final mərhələsinə vəsiqəni təmin edib.


Qaynarinfo xəbər verir ki, bu bərabərlik sayəsində xalları 20-ə çatan türklərin ən yaxın izləyici İslandiya ilə arsındakı xal sayı 4-ə qalxıb. 
 
Lider Fransa ilə arasında iki xal fərqi olan Türkiyə millisi qrupu ilk pillədə də başa vura bilər. 

Türkiyə millisinin AVRO-2020-nin final mərhələsindəki rəqibləri isə 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatmada bəlli olacaq. 
 
AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Belçika, İtaliya, İspaniya, Rusiya, Polşa, Fransa, Ukrayna və İngiltərə milli komandaları Türkiyənin mümkün rəqibləridir.