Dünya 20:15 28.08.2013

Türkiyə müharibəyə hazırlaşır - TƏCİLİ!

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri Suriyaya mümkün hərbi müdaxilə fonunda tam döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb. 


Nəşrin məlumatına görə, 20-yə yaxın F-16 tipli qırıcı təyyarə ölkənin müxtəlif bazalarından Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən Diyarbəkirdəki HHQ bazasına uçublar. Bundan əlavə, qırıcılar müharibə ehtimalını nəzərə alaraq hər gün sərhəd boyu təlim keçirlər.

musavat.com