Türkiyə ordusu Suriyaya daxil oldu (YENİLƏNİB)

Türkiyə ordusu Suriyaya daxil oldu (YENİLƏNİB)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun Suriyaya daxil olduğunu təsdiq edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, ordu Fərat çayının şərqində anti-terror əməliyyatına başlayıb.
 
12.52 

Türkiyə ordusu Suriyaya daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Türkiyəli rəsmi məsələ ilə bağlı "Bloomberg"ə açıqlama verib. 

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə Suriyanın şimalında "Barış pınarı” ("Sülh bulağı”) adlı antiterror əməliyyatının başlaması ilə bağlı məlumatı nə təsdiq, nə təkzib edib:
 
"İşlərimizi davam etdiririk. Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.
 
Gülşən
XƏBƏRLƏR
BLOGLAR