Dünya 11:00 21.12.2017

Erməni deputat Türkiyə parlamentində dava saldı (FOTO)

Türkiyə Böyük Millət Məclisində növbəti insident yaşanıb.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu dəfə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.

Məlumata əsasən, davaya səbəb daha öncə Ermənistana səfəri ilə gündəmə gələn erməni əsilli millət vəkili Karo Paylanın AKP-dən olan millət vəkili İlknur İncesözə çıxışı zamanı replika ataraq "əxlaqsızlıq etmə" deməsi olub.

Bu sözlərdən hiddətlənən AKP-li millət vəkilinin cavab olaraq "Siz parlamentdə əxlaq dərsi verə biləcək ən son adamsınız" deməsindən sonra hər iki partiyadan olan millət vəkilləri arasında insident yaranıb.

Xatırladaq ki, dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Cümhuriyyət Xalq Partiyası (CHP) və AKP-li millət vəkilləri arasında qarşıdurma yaranmışdı.