İdman 11:25 11.09.2013

Türkiyə qələbəni bayram etdi

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Türkiyə səfərdə Rumıniyanın qonağı olub. Fanat.az xəbər verir ki, qardaş ölkə təmsilçisi qrupdakı mövqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalı idi.

İlk dəqiqələrdən hücuma keçən türklər matçın 22-də istəyinə nail olub. Belə ki, Caner Erkinin hava ötürməsini tora qovuşduran Burak Yılmaz türkiyəli azarkeşlərə sevinc bəxş edib. İlk hissə "ay ulduzlar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Rəqib də Volkan Dəmirəlin qoruduğu qapıdan top keçirməyi bacarıb. Lakin oyundan kənar vəziyyət olduğundan baş hakim rumınların qolunu qeydə almayıb. Fatih Terimin başçılıq etdiyi yığmanın köməyinə isə bir dəfə də qapı dirəyi çatıb. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb. Matça əlavə olunmuş 4-cü dəqiqədə Mevlut Erdinc komandasının ikinci qolunu vuraraq "Braziliya ümid"ini biraz daha artırıb. Qarşılaşma Türkiyə millisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçlarında isə Macarıstan doğma meydanda Estoniya yığmasını 5:1, Hollandiya isə səfərdə Andorranı 2:0 hesabı ilə məğlub edib. Beləliklə, Türkiyə yığması qrupda 3-cü pillədə qərarlaşıb.

Rumıniya - Türkiyə 0:2
Qollar: Burak Yılmaz, 22. Mevlut Erdinc, 90+4
Rumıniya: 12. Kiprian Anton Tatarusanu, 2. Aleksandru Matel, 15. Dorin Qoyan, 6. Vlad Çiriçes, 3. Razvan Rat, 8. Mihay Pintili, 16. Ovidiu Stefan Hoban, 11. Qabriyel Torje. 19. Boqdan Stanku, 10. Kristian Tanase, 9. Kipriyan Marika.
Ehtiyat oyunçular: 1. Boqdan Lobont, 23. Silviu Lanq, 4. Srdjan Luçin, 5. Lonut Neaqu, 7. Adriyan Popa, 13. Paul Papp, 14. Lasmin Latovlevici, 17. Marius Valerika Qaman, 18. Marius Alekse, 20. Aleksandru Maksim, 21. Draqos Qriqore, 22. George Bucur.
Baş məşqçi: Viktor Piturka.
Türkiyə: 1. Volkan Dəmirəl, 7. Gökhan Gönül, 2. Semih Kaya, 21. Ömer Toprak, 20. Caner Erkin, 11. Gökhan Töre, 15. Mehmet Topal, 8. Selcuk İnan, 14. Arda Turan, 9. Umut Bulut, 17. Burak Yilmaz.
Ehtiyat oyunçular: 12. Tolqa Zengin, 23. Onur Recep Kıvrak, 3. Hasan Ali Kaldırım, 4. Aykut Demir, 5. Hakan Calhanoğlu, 6. Alper Potuk, 10. Nuri Şahin,13.  Ersan Adem, 16. Oğuzhan Özyakup, 18. Olcay Şahan, 19. Mevlüt Erdinc, 22. Mustafa Pektemek.
Baş məşqçi: Fatih Terim.
Sarı vərəqələr: Semih Kaya, 2. Razvan Rat, 40. Volkan Dəmirəl, 65. Arda Turan, 70.

Qaynar.info