Dünya 13:20 22.11.2019

Türkiyə Rusiya və Almaniyada terror təşkil etmiş qorxunc İŞİD-çini ələ keçirdi

Rusiya və Almaniyada bir sıra terror aktının təşkilatçısı olan İŞİD döyüşçüsü Türkiyə hərbçiləri tərəfindən Suriyada ələ keçirilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu məlumat verib.

"Biz Suriyanın Azaz bölgəsində İŞİD-in əsas terrorçulardan biri - Cihad əl-Din əl-Nasir Ubeideyi ələ keçirdik. O, terror təşkilatının Yusuf Huda kod adlı ən yüksək rəhbərliyində təmsil olunur", - nazir deyib.

O, terrorçunun yaraqlıları öz sıralarına cəlb etdiyini və kamikadzelər şəbəkəsi yaratdığını, müxtəlif zəhərli maddələrin köməyi ilə terror aktları və qətllər hazırladığını da sözlərinə əlavə edib.

Alpər