Dünya 21:40 03.09.2013

Türkiyə sərnişin təyyarə istehsal etmək niyyətindədir

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dəniz əlaqəsi və kommunikasiyalar naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, dünən keçirilmiş Türkiyə Nazirlər Şurasının iclasında yerli istehsallı təyyarənin hazırlanmasının ilkin layihəsi qəbul edilib.

Nazir bildirib ki, yerli istehsallı təyyarənin 60-120 sərnişin oturacağı olacaq. B.Yıldırım əlavə edib ki, təyyarənin istehsalına 2023-dən gec başlanılmayacaq.//trend

Qaynar.info