Dünya 20:52 11.03.2018

Türkiyə təyyarəsi qəzaya uğradı: iş adamının qızı və 7 rəfiqəsi həlak oldu

Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn xüsusi təyyarə İranın paytaxtı Tehranın cənubunda qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, təyyarədəki 11 nəfərin hamısı həlak olub. Onlardan 2-si qadın pilot, 1-i hostes, 8-i sərnişin olub.

Türkiyə mediasının məlumatına görə, təyyarə "Başaran Holdinq"ə məxsus olub. Məlum olub ki, təyyarədəki sərnişinlər subaylığa vida məclisindən qayıdan Hüseyn Başaranın qızı Mine Başaran və 7 rəfiqəsi olub. 

Türkiyənin Tehrandakı səfiri Hakan Tekin təyyarədə 11 nəfərin olduğunu təsdiq edib.