Dünya 12:52 18.08.2018

Türkiyədə 34 maşın toqquşdu: 1 ölü, 20 yaralı

Türkiyənin Bursa şəhərinin İnegöl ərazisində zəncirvari qəza meydana gəlib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 34 maşının toqquşduğu qəzada 1 nəfər ölüb, 20-dən çox insan yaralanıb. 

Qəzaya səbəb kimi yola tökülən mazut göstərilir. Əraziyə təcili yardım qrupu cəlb edilib.

Gülşən