Dünya 18:59 25.08.2019

Türkiyədə 5 ordu generalı istefa verdi

Türkiyə Silahlı Qüvvələrinin 5 generalı istefa verib.

Qaynarinfo xəbər verir ki, onlar bu addımı Ali Hərbi Şuranın (YAŞ) son qərarından narazı qaldıqları üçün atıblar. 

İstefa ərizəsini TSQ rəhbərliyinə təqdim edən generallar bunlardır: Xüsusi təyinatlıların komandanı Əhməd Ərcan Şorbaçı, Rəcəb Özdəmir, Ərtoğrul Sağlam, Bülənt Acarbay, Ömər Faruq Bozdəmir.