Dünya 20:21 21.04.2018

Türkiyədə adı qırmızı və mavi siyahıda olan 16 terrorçu öldürüldü

Türkiyə ordusu Ağrı dağı ətrafında əməliyyat keçirib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində aralarında qırmızı və mavi siyahıda axtarılanların da olduğu 16 terrorçu zərərsizləşdirilib.

Tutulanlardan biri də Yaşar kod adlı Yusuf Şek olub. O, bir çox cinayət və çoxlu sayda polisin ölümü ilə nəticələnən partlayışların təşkilində ittiham edilir.