Dünya 11:34 01.12.2018

Türkiyədə azərbaycanlı qadınlar tutuldu

Türkiyənin Balıkesir şəhərində fahişəliyə qarşı aparılan əməliyyat çərçivəsində polis 10 evə basqın edib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 kişi və 5 qadın saxlanılıb.

Saxlanılan qadınlardan 4-ünün azərbaycanlı olduğu məlum olub. Dindirilmədən sonra 1-i azərbaycanlı olmaqla 2 kişi və 1 qadın da həbs olunub.

Daha sonra 6 kişi və 2 qadın azadlığa buraxılıb. Xarici ölkə vətəndaşlarını Türkiyəyə gətirərək fahişəliyə cəlb edən E.Y və H.D adlı şəxslər barədə həbs qərarı çıxarılıb.

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!