Foto 11:04 13.03.2018

Türkiyədə dəhşətli yol qəzası: 10 ölü, 18 yaralı (YENİLƏNİB)

Türkiyənin Çorum şəhərində baş verən ağır qəzada ölənlərin sayı artıb.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, avtobusun yük maşınına çırpılması nəticəsində ölənlərin sayı 10-a çatıb. 18 nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının arta biləcəyi deyilir.

***09.57
 
Türkiyənin Çorum şəhərində avtobus parking vəziyyətində olan yük maşınına çırpılıb.

Qaynarinfo Hürriyet-ə istinadən xəbər verir ki, Osmancık bölgəsində baş verən hadisədən sonra avtobus alov alıb. Yanğınsöndürənlər yanğına müdaxilə edib.

İlkin məlumatlara görə, 6 nəfər ölüb, 19 nəfər yaralanıb.

Gülşən