Dünya 14:50 19.08.2019

Türkiyədə dəhşətli yol qəzası: 6 ölü, 9 yaralı

Türkiyənin Nevşehir şəhərində dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, yük maşını ilə sərnişin mikroavtobusu toqquşub. Hadisə zamanı işçiləri daşıyan avtobus tarlaya uçub. Nəticədə azı 6 nəfər ölüb, 9 nəfər yaralanıb. 

Qəza yerinə çox sayda təhlükəsizlik və təcili tibbi yardım qrupu cəlb edilib.

Gülşən