Ölkə 13:22 22.06.2018

Türkiyədə əməliyyat: seçki ərəfəsində terror planlaşdıran İŞİD-çilər tutuldu (FOTOLAR)

Türkiyənin paytaxtı Ankarada iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində terror törətməyi planlaşdıran 14 İŞİD üzvü saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terrorçuların olduğu evlərə eyni anda basqın təşkil ediblər. Ələ keçirilən şəxslərin hamısının xarici ölkə vətəndaşları olduğu məlum olub. Əməliyyat zamanı çoxlu sayda sursat və partlayışda istifadə olunan məhlul ələ keçirilib.
 
Çingiz Səfərli