Dünya 21:11 11.02.2013

Türkiyədə güclü partlayış: 12 ölü


Türkiyə-Suriya sərhədində, Hatay vilayətindəki Cilvegözü nəzarət-keçid məntəqəsində güclü partlayış baş verib. Bu barədə  "CNN Türk" telekanalı  məlumat verir.

Telekanalın məlumatına görə, partlayış nəzarət-keçid məntəqəsinin yaxınlığındakı Suriya nömrəli maşında baş verib.

Türkiyə Gömrük Nazirliyinin məlumatına görə, ölənlərin sayı 12-yə çatıb, 28 nəfər xəsarət alıb.

Ölənlərdən 3-nün türk, 9-nin isə suriyalı olduğu bildirilir. Yaralılardan 5-i türk olmaqla 13-nün vəziyyəti ağır qiymətləndirilir (trend.az).

Qaynar.info