Dünya 09:22 23.01.2020

Türkiyədə güclü zəlzələ baş verdi - 6 ev çökdü

Türkiyənin Manisa şəhərinin Akhisar bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar İzmir, İstanbul və Bursada şəhərlərində də hiss edilib.

Verilən xəbərə görə, güclü təkandan sonra 35 təkrar zərbə qeydə alınıb. 

Akhisarda gecə yerli vaxtla saat 22.22-də qeydə alınan zəlzələ təxminən 6.98 kilometr dərinlikdə baş verib. 
 
Zəlzələdən sonra vətəndaşlar evlərini tərk edib və küçələrə axışıb.

Yeraltı təkanlardan sonra açıqlama verən Manisa valisi Əhməd Dəniz heç bir insan tələfatı olmadığını söyləyib: 

"5-6 evin çökdüyü barədə məlumat almışıq. Ancaq heç bir itki və yaralanan yoxdur".