Dünya 13:32 25.01.2020

Türkiyədə zəlzələ: 22 nəfər ölüb, 1031 nəfər yaralanıb (YENİLƏNİB)

Türkiyədə baş vermiş 6.8 bal gücündə zəlzələdə ölənlərin sayı artıb.

Qaynarinfo xəbər verir ki, rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. Yeraltı təkanlar zamanı 1031 nəfər yaralanıb. Son məlumata görə, 30 nəfər dağıntılar altında qalıb.

NTV kanalı xəbər verir ki, dağıntılar altından 39 nəfər sağ çıxarılıb. Zəlzələnin episentrində - Elazığda daha 22 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.
 
11.24
 
Türkiyədə baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.  

Ölənlərin sayı 21-ə, yaralıların sayı isə 1030-a çatıb.

09.23

Türkiyənin şərqindəki Elazığ vilayətində yerli vaxtla saat 03:48 və 03:57-də 4,3 və 4,1 gücündə daha iki yeraltı təkanlar qeydə alınıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən ardıcıl zəlzələlərdə 19 nəfər həlak olub, 782 nəfər yaralanıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətin baş verdiyi Elazığ və Malatya vilayətlərinə çox sayda ağır texnika cəlb olunub.