Dünya 11:12 07.08.2017

Türkiyədə güclü zəlzələ

Türkiyədə Muğla əyalətinin Bodrum şəhərində zəlzələ baş verib.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, zəlzələnin gücü 4.6 bal olub.

Təbii Fəlakət və Fövqəladə Hallar Komissiyasının verdiyi rəsmi məlumatda bildirilir ki, zəlzələ yerli vaxtla saat 08.18-də qeydə alınıb.

Saat 08.44-də isə yenidən Bodrumda 4.1 bal gücündə növbəti zəlzələ meydana gəlib. 

Kandil rəsədxanasının verdiyi məlumata görə isə ilk zəlzələ 4.9 bal gücündə olub. 

Qaynarinfo.Az