Dünya 16:40 20.10.2019

Türkiyədə hərbçilərə hücum

Türkiyənin Ağrı bölgəsində hərbi maşın PKK terrorçularının hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, polis şöbəsində işləyən hərbçilər patrul xidmətini yerinə yetirərkən atəşə tutulub. Hücum zamanı 1 hərbçi ölüb, 5 əsgər yaralanıb.

Xəsarət alanlar İğdır Dövlət Xəsəxanasına aparılıb.

Gülşən