Dünya 13:12 09.10.2018

Türkiyədə hərbi hissəyə raket hücumu: bir əsgər şəhid oldu

İraqın Zap bölgəsindən Türkiyənin Hakkari şəhərinin Çukurca rayonunda yerləşən hərbi hissəyə raket hücumu edilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK tərəfindən edilən hücum zamanı 1 hərbçi şəhid olub, 4-ü yaralanıb. 

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Şimali İraqda 9 terrorçunu zərərsizləşdirmişdi.

Gülşən