Dünya 12:35 03.09.2013

Türkiyədə kimyəvi silah həyəcanı

Türkiyənin Kilis vilayətinin dövlət xəstəxanasında kimyəvi xəbərdarlığı elan edilib.

Anspress xəbər verir ki, buna həkimlərin Suriyadan gətirilərək xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyətindən şübhələnməsi səbəb olub. Həkimlər dərhal xəstəxanaya kimyəvi, bioloji, radioloji və nüvə mütəxəssislərini çağıraraq, tədbirlərin görülməsini təmin ediblər.

Kilis dövlət xəstəxanasının təcili tibbi yardım şöbəsindəki xəstələr binadan çıxarılıb, gələn xəstələrin qəbulu da dayandırılıb. Xüsusi geyim geyən mütəxəssislər xəstəxananın içərisindən və suriyalı yaralının üzərindən texnoloji cihazlarla nümunələr götürüblər.
45 dəqiqə davam edən gərginlikdən sonra hər hansı bir kimyəvi silah izinə rast gəlinmədiyi açıqlanıb.

Qaynar.info