Video 14:54 25.01.2020

Türkiyədə minlərlə insan küçələrdə gecələdi, zəlzələ vahimə yaratdı (VİDEO)

Minlərlə Türkiyə vətəndaşı ölkənin şərqindəki zəlzələdən sonra gecəni küçədə keçirməyə məcbur olub.

Qaynarinfo Technoea News-a istinadla xəbər verir ki, Türkiyə Təcili Yardım Agentliyi (AFAD) sakinləri təkanların daha da artması təhlükəsi ilə əlaqədar zədələnmiş binalara qayıtmamağa çağırıb. Səlahiyyətlilər gecə havanın temperaturunun sıfırdan aşağı olduğu bir bölgəyə çadır və yorğanlar göndərib.

Qeyd edək ki, yanvarın 24-də Türkiyənin Malatya və Elazığ şərq əyalətlərində 6.8 bal gücündə zəlzələ baş verib. Seysmoloqlar qeyd edib ki, təkanlar İsrail, İraq və Suriyada da hiss olunub. Zəlzələ nəticəsində 21 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib və hər cür yardıma hazır olduğunu bildirib.

Alpər