Dünya 10:10 25.06.2018

Türkiyədə seçkilər: Parlamentdə neçə partiya olacaq?

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib.

Qaynarinfo xəbər verir ki, ilkin nəticələrə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildiyi sekçilərdə 52,50 faiz səs toplayıb. Cümhuriyyət Xalq Partiyasından Məhərrəm İncə 30,60, Xalqların Demokrat Partiyasından Səlahəddin Dəmirtaş 8,30, İYİ Partiyasından Meral Akşener 7,30, Səadət Partiyasından Temel Karamollaoğlu 0,80, Vətən Partiyasından Doğu Perinçek 0,20 faiz səs yığıb.
 
Rəsmi olmayan nəticələrə görə, 5 partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb. Hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 292, Cümhuriyyət Xalq Partiyası 147, Xalqların Demokrat Partiyası 66, İYİ Partiyası 46 və Milliyətçi Hərakat Partiyası 49 millət vəkili ilə təmsil olunacaq. 

Sonuncu dəfə parlamentdə 5 partiya 1999-cu ildəki seçkilərdə yer qazanmışdı.