Foto 22:59 08.07.2018

Türkiyədə sərnişin qatarı relsdən çıxdı: 10 ölü, 73 yaralı var (FOTOLAR)

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarının 5 vaqonu relsdən çıxaraq aşıb. 

Qaynarinfo xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, daha 73 nəfər yaralanıb.

Qatarda ümumilikdə 360 sərnişin olub. Qatar Kapıkule-İstanbul marşrutu üzrə hərəkətdə olub, lakin Tekirdağ əyalətindən keçən zaman naməlum səbəblərdən qatarın bir hissəsi relsdən çıxaraq aşıb.