Dünya 19:55 10.02.2018

Türkiyədə terakt hazırlığında olan 48 İŞİD-çi saxlanıldı

Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. 

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı 17 İŞİD-çi həbs olunub.

Saxlanılan terrorçuların terakt hazırlığında olduğu bildirilir. Onların kimliyi açıqlanmasa da, hamısının əcnəbi vətəndaşlar olduğu bildirilir. 

Bu gün həmçinin İstanbul Polis İdarəsinin Terrorla Mübarizə İdarəsi də İŞİD-çilərə qarşı əməliyyat keçirib. Şəhərin 3 rayonunda keçirilən əməliyyatlar zamanı 31 terrorçu saxlanılıb.

Terror aktı hazırlığında olan İŞİD-çilərin hamısı xarici ölkə vətəndaşlarıdır.

Aydın