Dünya 13:43 03.09.2013

Türkiyədə terror həyəcanı

Türkiyədə terror aktının qarşısı alınıb.

Anspress xəbər verir ki, Bingöl vilayətində partlayıcı maddələrlə dolu və hər an partladılmağa hazır olan avtomaşın ələ keçirilib.

Polis aldığı məlumata əsasən, Diyarbəkir istiqamətindən Bingölə hərəkət edən avtomaşını saxlayıb. Şəhərin girişində saxlanılan maşında xeyli partlayıcı maddə aşkar edilib. Dərhal Bingöl-Diyarbəkir magistral yolu bağlanıb, əraziyə partlayıcı qurğu mütəxəssisləri cəlb edilib.
Avtomaşında olan və saxlanılan 2 nəfər isə hazırda dindirilir.

Qaynar.info