Dünya 17:14 19.12.2013

Türkiyədə universitet tələbələri ayağa qalxdı

Türkiyənin Mersin Universitetinin tələbələri aksiyaya başlayıb.

Qaynar.info
türk mətbuatına istinadən xəbər verir ki, Mersin Universitetinin Ədəbiyyat fakültəsinin Fəlsəfə bölməsinin 1-ci kurs tələbəsi Bahar Salimin avtomobil qəzasında həlak olması ilə başlayan aksiya bu gün də davam edib.

Günorta saatlarında toplaşan tələbələr sözügedən qəza ilə bağlı lazımi tədbir görməyən unibersitet rəhbərliyini ittiham edərək aksiyalara başlayıb. Rektorluq binasına gedərək rektorun otağına girib etiraz etmək istəyən tələbələrlə polis arasında qarşıdurma baş verib.

Qaynar.info