Ölkə 16:15 11.01.2014

Türkiyədə zəlzələ baş verib

Türkiyənin Manisa vilayətində zəlzələ baş verib. 

Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Türkiyə Manisa vilayəti Akhisar rayonunun Sazoba kəndində olub.  “Kandilli” rəsədxanasından verilən məlumata görə, zəlzələnin şiddəti 3.7 bal gücündə qeydə alınıb. 

Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olsa da, insan təlafatı və dağıntı qeydə alınmayıb. 

Qaynar.info