Siyasət 10:50 18.06.2013

Türkiyədəki mitinqdə Azərbaycan bayraqları (FOTO)

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə 1 milyona yaxın insanın iştirakı ilə keçirilən mitinqdə Azərbaycan bayraqları da olub.

Bu barədə xəbəri Türkiyə mətbuatı yayıb. məlumata görə, mitinq meydanında Azərbaycan bayraqları ilə yanaşı Fələstin və Makedoniyanın da bayraqları olub.

Xatırladaq ki, 2 gün əvvəl İstanbul Zeytunburnu rayonunun Kazlıçeşme məhəlləsində baş nazir Ərdoğana dəstək mitinqi keçirilib. Yerli mətbuat mitinqdə 1 milyona yaxın insanın iştirak etdiyini bildirib. /anspress/