Dünya 17:02 12.02.2018

Baş nazirdən sərt reaksiya: "ABŞ ağlını başına yığmalıdır"

Türkiyənin baş naziri Binəli Yıldırım Makedoniya baş naziri Zorav Zayev ilə birlikdə mətbuat konfransında çıxış edib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, nitqində Suriyanın Afrin şəhərində keçirilən "Zeytun Budağı" anti-terror əməliyyatı və ABŞ-ın mövqeyi barədə fikir səsləndirən Yıldırım sərt mövqeyi ilə diqqət çəkib. O ""Fırat kalkanı" əməliyyatında göstərdiyimiz mövqeni Afrində də davam etdirəcək, ərazini terrorçulardan təmizləyəcəyik. Terror bizim üçün ən böyük bəladır. ABŞ-ın ağlını başına yığmağı vacibdir. Terror təhlükəsini aradan qaldırmaq üçün bütün addımları atıb, beynəlxalq hüququn bizə verdiyi haqqlardan istifadə edəcəyik" deyərək ABŞ-ın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə dəstəyini tənqid edib.

Qeyd edək ki, ABŞ İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə PYD/YPG-yə böyük miqdarda hərbi texnika, silah yardımı edib.

Gülşən