Video 12:17 10.10.2019

Türkiyəli bəstəkarlar Azərbaycan xalq artistinə 37 min dollar atıb (VİDEO)

Türkiyənin TV8 kanalında "Gel konuşalım” proqramında Xalq artisti Brilyant Dadaşovabnın iddiaları yer alıb.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, verilişə müsahibə verən sənətçi dələduzluqla qarşılaşdığını, bəstəkarlar Fəttah Can və Mətin Özülkünün onu aldatdığını iddia edib:

"Mətin Özülkünü proqramda görmüşdüm. Mənə dedi ki, sənə mahnılar verə bilərəm. 4-5 mahnı barədə danışdıq. Yeni mahnılar yazacaq və aranjiman edəcəkdi.

Fəttah Can isə gəldi, mənə 4-5 mahnı göstərdi. Ödəmə oldu, sonra studiyasına getdim, mahnılarını oxudum. Sonra nə vaxt zəng etdim, "Mən köçürəm”, "Sevgilimdən ayrılmışam” deyə, bəhanələr gətirdi. Pul da getdi, mahnılar da. 19 min dollar Mətin Özülküdə, 18 min dollar da Fəttah Canda. Danışanda da özünü reklam edirsən, deyirlər. Bunun üçüncü yolu nədir, desinlər”.

Proqramın aparıcıları Fəttah Can və Mətin Özülkünün güvənilən bəstəçilər olduğunu, Brilyant Dadaşovanın iddiasına inanmadıqlarını, onun özünü Türkiyədə reklam etdiyini söyləyib.