Türkiyənin Baş Konsulluğunun əməkdaşlarına hücum edən daha bir terrorçu saxlanılıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli diplomata hücum edən Məzlum Dağa yardım edən Məhəmməd Biskisiz bu gün
həbs edilib.
Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbildəki restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat Osman Köse və iki yerli sakin həlak olub. Terror aktının iştirakçısı, Xalqların Demokratik Partiyasından (HDP) deputat olan Dersim Dağın qardaşı Mazlum Dağ bu gün saxlanılıb.
Şərhlər