Türkiyəli müğənni Ece Seçkin azərbaycanlı müğənni Afaq Aslanı sosial mediada ifşa edib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Seçkin 2015-ci ildə yayımlanan "Follow Me" mahnısının sözlərinin dəyişdirilərək oğurlandığını bildirib.
 
Türkiyəli müğənni "Twitter" hesabından "Etdiyiniz əməyə hörmətsizlikdir. İcazə almadan mahnını başqasınınmış kimi yayınlayıb klip çəkmisiniz" deyərək mahnının bəstəkarı Kamal Şimşəkqayaya müraciət edib və "Sən məhkəməyə verəcəksən, ya mən edim?" sualını ünvanlayıb.

 
Ülkər