Ölkə 11:37 19.01.2018

Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Bakıdakı səfirliyi, Naxçıvan və Gəncə şəhərlərindəki baş konsulluqlarının binası üzərindəki bayraqlar endiriləcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bakıdakı Türk Şəhidliyindəki Türkiyə bayraqları da yarıya qədər endiriləcək.

"Azərbaycanın müstəqilliyi və istiqlalı uğrunda mübarizənin dönüş nöqtələrindən biri olan 1990-cı ilin 20 yanvarı heç zaman unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarının fəda etmiş şəhidləri rəhmətlə yad edir, bu acı gündə Azərbaycanın kədərinə şərik oluruq”,- deyə səfirliyin açıqlamasında vurğulanıb.