Siyasət 17:55 14.03.2018

Türkiyənin baş naziri: “Nizami Gəncəvi türkdür”

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycanda səfərdədir.

Qaynarinfo xəbər verir ki, VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələn baş nazir Milli Məclisdə parlament sədri Oqtay Əsədovla görüşüb.

Binəli Yıldırım bildirib ki, güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq.

"Azərbaycanın Dağlıq Qarabağ məsələsi, təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə B.Yıldırım əlavə edib.

Baş nazir eyni zamanda Nizami Gəncəvinin milliyəti ilə bağlı müzakirələrə də son qoyub.

"Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür. Nizami Gəncəvi Azərbaycan türküdür və Gəncədə doğulub. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim”, - deyə, baş nazir vurğulayıb.

Qeyd edək ki, B.Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.