Maqazin 18:12 15.03.2015

Türkiyənin ən reytinqli verilişində Azərbaycan rəqsi - VİDEO

TV8-də yayımlanan "İşte benim stilim" dəb proqramında Azərbaycan musiqisi səsləndirilib. 

Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, son buraxılışda yarışmaçılar rəqs performanslarını nümayiş etdiriblər. İştirakçı Zeyneb Öztürk isə Azərbaycan milli geyimində çıxaraq əvvəl Azəri qızı Günelin ifasında, sonra isə Qafqaz musiqisi sədaları altında rəqs edib.
 
Onun geyimi münsiflər tərəfindən bəyənilərək maksimum xal alıb.


Qaynar.info