Foto 16:20 07.06.2018

Türkiyənin ən uzun adlı adamı qızına ad qoydu: 43 hərf var

Türkiyənin ən uzun ada sahib şəxsi Haşim Əhməd Əbdülbaki Buğra Bahadır Nəbioğulları qızına 43 hərfdən ibarət ad qoyub.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 40 yaşlı Haşim Əhməd Əbdülbaki Buğra Bahadır Nəbioğulları qızına Aybikə Güliz Ənzəl Yağmur Eflinnisa Nəbioğulları adını verib. 

1977-ci ildə doğulan Haşim Əhmədə ad qoyulan zaman ailə üzvləri arasında mübahisə yaşanıb və onlar bütün adları qoymaq qərarına gəlib. Dövlət idarəsi bu istəyə qarşı çıxıb, lakin 3 gündən sonra razı olmağa məcbur qalıb. O bildirir ki, adının uzunluğuna görə məktəbdə, əsgərlikdə və s. yerlərdə çətinliklə üzləşib.

Aybikə Güliz isə məktəbdə imtahan zamanı ilk adı olan Aybikəni yazandan sonra 3 nöqtə qoyaraq soyadını qeyd etdiyini deyir.