Dünya 10:15 08.02.2019

Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi

Türkiyənin sevilən aktyoru Yalçın Menteş vəfat edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ağır şəkər xəstəliyi səbəbindən 2013-cü ildə sağ ayağı amputasiya edilən aktyor dünən axşam dünyasını dəyişib.

Yalçın Menteş teatr aktyoru olmaqla yanaşı bir sıra teletamaşalarda, o cümlədən "Cennet mahallesi", "Akasya durağı", "Doksanlar" kimi seriallarda rol alıb.