Dünya 17:42 23.04.2013

Turqut Özalı arvadı zəhərləyib - ŞOK İDDİA

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı açılan cinayət işində yeni faktlar ortaya çıxıb. 

ANS PRESS-in verdiyi məlumata görə, işə “Ergenekon” cinayət işində gizli şahid olan “Selçuk”un keçən il dekabrın 5-də İstanbul XIII Ağır Cəza Məhkəməsinə göndərdiyi ifadə daxil edilib. İfadədə Turqut Özalın həyat yoldaşı Səmra Özəl tərəfindən zəhərləndiyi bildirilir.

“Selçuk” ifadəsində yazıb ki, Savaş adlı bir polkovnik ona Turqut Özalın ölümünün zəhərlənmə yolu ilə təşkil edilən bir sui-qəsd olduğunu söyləyib. Turqut Özalın zəhərlənməsində isə Səmra Özaldan istifadə edilib. Savaş “Selçuk”a deyib ki, Səmra Özal bir neçə kişi ilə müxtəlif vaxtlarda cinsi əlaqədə olduğunu əks etdirən videogörüntülərlə şantaj olunub. Türkiyə Milli Təhlükəsizlik Şurasındakı bir çox generalın, Milli Kəşfiyyat Təşkilatı və JİTEM-in təlimatı ilə bu sui-qəsdi Teoman Koman təşkil edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrail MOSSAD-ı da bu sui-qəsdin təşkilinə yardım edib.

“Selçuk” bu sui-qəsd barədə 2004-cü ildə general Levent Ersözün də eyni sözlər söylədiyini bildirib. Levent Ersöz deyib ki, Turqut Özalı həyat yoldaşı Səmra Özala zəhərlətdiriblər. “Selçuk” Turqut Özalın qanının dəyişdirilməsi, bir sıra dəlillərin məhv edilməsində Teoman Komanın rəhbərlik etdiyi 5 nəfərlik qrupun iştirak etdiyini də vurğulayıb. Deniz Tabip, Kemal Yamak, Aslan Güner kimi generallar Turqut Özal zəhərləndikdən sonra öncədən seçdikləri təcili tibbi yardım maşınını onun evinə göndəriblər.

Qaynar.info