Dünya 20:16 12.12.2012

Turqut Özalın ölümü ilə əlaqədar ekspertizanın rəyi açıqlandı

Mərhum eks-prezidentin bədənində zəhərə rast gəlindiyi rəsmən təsdiqləndi

Türkiyənin mərhum eks-prezidenti Turqut Özalın ölümü ilə bağlı məhkəmə tibb ekspertizasının rəyi hazırdır. Moderator.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, prokurorluğa göndəriləcək rəydə Turqut Özalın bədənində zəhərə rast gəlindiyi təsdiqlənir. Lakin ekspertiza ölüm səbəbilə bağlı dəqiq ehtimal irəli sürməyib.Ekspertizanın rəyi Ankara prokurorluğuna göndəriləcək.Qeyd edək ki, Turqut Özəlın məzarı oktyabrın 2-də açıqlmış, oktyabrın 5-də eks-prezident yenidən dəfn edilmişdi.