“Ərim öldükdən 5 il sonra İstanbulda yaşadığım evimə bu qeydi buraxdılar”
Türkiyə mətbuatı ölkənin səkkizinci prezidenti olmuş prezident Turqut Özalın ölümü ilə bağlı həyat yoldaşının prokurorluğa verdiyi ifadəni ələ keçirib. “Qafqazinfo”nun məlumatına görə, Semra Özal ifadəsində Kartal Demirağ tərəfindən həyata keçirilən sui-qəsdi və Özalın son gecəsindən bəhs edib. Özalın həyat yoldaşı ona 15 il əvvəl verilən “şübhəli” məktubu da prokurorluğa təqdim edib. Həmin məktubda qatilin adı və “Turqut Özal ölmədi, öldürüldü” yazılmışdı.
NTV-nin ələ keçirdiyi üç səhifəlik ifadədə şübhəli Həsən Əlioğlunun Azərbaycandakı ünvanı da göstərilib:
“Ərim öldükdən 5 il sonra İstanbulda yaşadığım evimə, mənim evdə olmadığım vaxt bir şəxs gəlib və həmin adam qapıdakı mühafizəçilərə mütləq Səmra xanımı görməliyəm deyib. Evdə olmadığı söyləyəndə isə indi sizə verdiyim bu qeydi buraxıb: “Turqut Özalı öldürdülər, qatili Azərbaycanda. Adı Həsən Əlioğludur”.
Qaynar.info
Şərhlər