İdman 13:09 13.07.2017

Türkiyə klubu 65 milyonluq futbolçunu transfer edir

Pepeni heyətinə qatan "Beşiktaş" daha bir dünya ulduzuna elçi düşüb. "Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu Pep Qvardiolanın gəlişindən sonra əsas heyətdəki yerini itirən Serxio Aqüeronu heyətinə qatmaq istəyir.

Məlumata görə, argentinalı ulduzun transfer qiyməti yüksək olduğunudan "Beşiktaş" onu icarəyə götürməyə çalışır. İstanbul klubu artıq bununla bağlı "Mançester Siti"yə müraciət edib.

Qeyd edək ki, "Mançester Siti" Aqueronu 2011-ci ildə "Atletiko"dan 36 milyon avroya transfer edib. Hazırda "Transfermarkt"ın 65 milyon avro qiymət qoyduğu argentinalı ulduz ötən mövsüm 45 rəsmi oyuna çıxıb və 33 qol vurub.

Qaynarinfo.Az