Dünya 10:08 20.12.2013

Twitter barədə serial çəkilir


Serialın ssenarisi şəbəkənin qurucularından Nik Boltonun yazdığı “Twitterin ştrixləri” kitabı əsasında yazılacaq

Dünyanın ən böyük sosial şəbəkələrindən olan Twitter barədə süerial çəkiləcək.

Şəbəkənin qurucularından olan Nik Boltonun yazdığı “Twitterin ştrixləri” (Hatching Twitter) adlı kitabın nəşr hüququnu “Lionsgate” şirkəti satın alıb.

Kitabın mövzusu Twitter sosial şəbəkəsinin qurulmasıdır və bunun teleseriala uyğunlaşdırılması gözlənilir. Serialın ssenarisini isə kitabın müəllifi Bolton yazacaq.

Noyabr ayından çap olunan əsər “Economist”, “Gizmodo”, “Mashable” kimi nüfuzlu nəşrlər tərəfindən ayın kitabı seçilmişdi.


Qaynar.info