Ölkə 16:24 02.02.2013

Twitter dağıdıldı

Hakerlər dünən Twitter sosial şəbəkəsinin serverinə hücum ediblər.

Qaynar.info-nun məlumatına görə, hakerlər 250 min istifadəçinin adını, şifrəsini və elektron poçt ünvanını ələ keçiriblər.

Hücum edənlərin kimliyi barədə məlumat verilməyib.

Twitter-in informasiya təhlükəsizliyi xidmətinin direktoru öz bloqunda Bob Lord hücumun professionallar tərəfindən edildiyini yazıb.

Qaynar.info