Foto 20:16 18.11.2017

İlk uçan avtomobillər gəlir (FOTOLAR)

"Volvo"nun əsas şirkəti ABŞ-ın texnologiya "start-up"ı olan "Terrafugia"nı satın alıb və bu hadisə ilə uçan maşınların 2 il ərzində bazara çıxarıla biləcəyi elan edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Terrafugia" açıqlama verərək "Transition" adlı, həm quruda, həm havada səyahət edə bilən hibrid nəqliyyat vasitəsinin istehsal prosesinin sürətləndiriləcəyini bildirib.
 
2 nəfərlik kabineti olan nəqliyyat vasitəsi 1 dəqiqədən tez açılan qanadlara sahibdir. İlk uçuşunu 2009-cu ildə reallaşdıran maşının dəyəri 280 min dollardır və o 3 km yüksəklikdə 160 km sürətlə 640 km yol qət edə bilir.

Çinin "Geely" şirkəti tərəfindən alınan "Terrafugia"nın dəyəri barədə məlumat verilməyib. Şirkətin rəhbəri Li Şufu "Bu çox həyəcanverici sektordur və biz "Terrafugia"da bir çox dəyişikliklər edəcəyik. "Terrafugia" beynəlxalq əməliyyat şəbəkəmizdir və birlikdə uçan maşınlar istehsal edəcəyik" deyib. 

ABŞ milli aviasiya idarəsi "Transition"a uçan maşınlara verilən xüsusi şəhadətnamə verib. Bu maşının sahibləri 20 saatlıq dərsdən sonra ala biləcəkləri sertifikatla avtomobili idarə edə biləcəklər.

Gülşən
Qaynarinfo.Az