Texnologiya 21:36 10.05.2018

Yaxın vaxtda uçan taksi də sifariş edə biləcəksiniz

NASA və Uber uçan taksi xidməti barədə razılaşma imzalayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Los Ancelesdə təşkil edilən "Uber Elevate" sərgisində Uber tərəfindən 2020-ci ildə reallaşdırılması planlaşdırılan uçan taksi prototipləri nümayiş etdirilir. 

NASA və Uber taksi çağırılan zaman istifadə edilən sistemin uçan taksilər üçün də tətbiq edilməsinə çalışır. Nəticədə uçan taksilər üçün ortaq istifadə şəbəkəsi yaradılacaq.